“Araz-Naxçıvan”ın futbolçusu məşqlərə başladı

“Araz-Naxçıvan”ın futbolçusu məşqlərə başladı

“Araz-Naxçıvan”ın daha bir futbolçusu – Karlos Jatoba məşqlərə başlayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Komandanın daha əvvəl zədəsini sağaldıb meydana qayıdan futbolçuları – Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından 29 yaşlı braziliyalı yarımmüdafiəçi də fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının XV turunda “Turan Tovuz”la qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Millimiz FİFA reytinqində irəlilədi

Növbəti yazı

Günün kuponu – 29.11.2024