“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu

“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu

“Araz-Naxçıvan”ın futbolçusu Karlos Jatoba əməliyyat olunub. Bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən əməliyyata məruz qalıb. Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən “Fulya Acıbadem” xəstəxanasında aparılan cərrahi müdaxilə uğurlu alınıb. Jatoba avqustun 27-də Bakıya dönəcək.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda forma geyinib.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycanın mövqeyi dəyişmədi

Növbəti yazı

Zaur Hacı-Məhərrəmov Millətlər Liqası matçında