“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu qatıb. Bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Naxçıvan klubu Tərlan Əhmədli ilə müqavilə imzalayıb. 1 illik anlaşmaya imza atan 29 yaşlı qapıçı yeni mövsümün sonuna qədər komandada çıxış edəcək. Son iki mövsümü “Turan Tovuz”da keçirən qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.

ETOPAZ

Əvvəlki yazı

AFFA klubları cəzalandırdı

Növbəti yazı

Millimizin rəqibləri bəlli oldu