“Araz-Naxçıvan”dan növbəti transfer
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasına hazırlığını davam etdirir. Komanda heyətini daha bir futzalçı ilə gücləndirib.
Naxçıvan təmsilçisi Serbiya yığmasının müdafiəçisi Marko Prşiçlə 1 illik müqavilə bağlayıb. 33 yaxşlı futzalçının çıxış etdiyi son klub Küveyt “Al Arabi”si olub.
Prşiç “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov yaxşı tanışdır. Onlar Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər.