“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan”dan növbəti transfer

Bəxtiyar Həsənalızadə karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək. Mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

O, Premyer Liqanın 2024-25-ci il mövsümündə “qırmızı-ağlar”ın heyətində yer alacaq. Tibbi müayinədən keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub. Ötən mövsümü Türkiyənin I Liqasında mübarizə aparan “Tuzlaspor”da keçirən Həsənalızadə peşəkar futbolçu karyerasına “Sumqayıt”da başlayıb, daha sonra “Zirə” və “Sabah”ın formasını geyinib. Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Bəxtiyara qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.

ETOPAZ

Əvvəlki yazı

Türkiyə yarımfinalın bir addımlığında

Növbəti yazı

Ronaldodan antirekord