“Araz-Naxçıvan”dan minimalhesablı qələbə
Azərbaycan Kubokunda 1/4 final mərhələsi davam edir. Bu gün daha bir matç keçirilib.
”Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. İlk hissədə hesab açılmayıb.
İkinci yarıda meydan sahibləri penalti vurmaq hüququ qazanıb. Bernardo Diaş dəqiq olub – 1:0. Qonaqların səylərinə baxmayaraq, matçda hesab dəyişməyib.
Qeyd edək ki, cavab oyunları fevralın 27-28-də keçiriləcək.