“Araz-Naxçıvan”dan inamlı qələbə
Azərbaycan kubokunda 1/4 final mərhələsi davam edir. Bu gün daha bir matç baş tutub.
“Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşıb. Görüş qərblilərin üstünlüyü ilə keçib. Hesab erkən açılıb. Felipe Santos penaltidən yararlanıb. Braziliyalı daha bir dəfə 11 metrlik cərimə zərbəsindən fərqlənərək dubl müəllifi olub – 2:0.