“Araz-Naxçıvan”dan inamlı qələbə

“Araz-Naxçıvan”dan inamlı qələbə

“Araz-Naxçıvan” klubu təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Komanda I Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən görüş Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.

Qeyd edək ki, daha əvvəl “Qəbələ”yə minimal hesabla uduzan “Araz-Naxçıvan” klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 19.01.2026

Növbəti yazı

“Qəbələ”dən darmadağın