“Araz-Naxçıvan”dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında VII tura start verilib. Günün ilk matçı Mərdəkanda keçirilib.
“Araz-Naxçıvan” “İmişli”ni qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıb. Ba-Muaka Simakala fərqlənib. Matçda son nöqtəni isə Ülvi İsgəndərov qoyub – 2:0.
Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.












