“Araz-Naxçıvan”dan ikinci 7 qollu qələbə
Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsi davam edir. Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün ikinci matçına çıxıb.
İlk turda “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun yetirmələri “Sillamae” ilə qarşılaşıb. İsveçdə baş tutan matçda təmsilçimiz ardıcıl ikinci qələbəsi qazanıb.“Araz-Naxçıvan” bu dəfə də rəqib komandanın qapısından 7 top keçirib – 7:0. Bu qələbə çempionumuzu qrup liderliyinə yüksəldib.
Qeyd edək ki, “Araz-Naxçıvan” son turda yerli “Uddevalla” ilə görüşəcək.