“Araz-Naxçıvan”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında XVI tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ikinci hissədə açılıb. Patrik Andrade fərqlənib. Matçın sonlarında Çarlz Boli komandasına qələbə qazandıran topu vurub – 2:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.













