“Araz-Naxçıvan”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub. Turun son matçı Mərdəkanda keçirilib.
“Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edib. Hesabı meydan sahibləri açıb. Ramon Maçado fərqlənib. İkinci yarıda Silvanus Nimeli avtoqol müəllifi olub. Bununla da, naxçıvanlılar qələbəyə seviniblər – 2:0.