”Araz-Naxçıvan”dan əzmkar qələbə
UEFA Konfrans Liqasında II təsnifat mərhələsi davam edir. Bu gün “Araz-Naxçıvan” meydana çıxıb.
Komandamız “Aris”i qəbul edib. Matçda hesabı Yunanıstan təmsilçisi açıb. Buna baxmayaraq, naxçıvanlılar ardıcıl iki qol vurmağı bacarıblar. Öncə Felipe Santos fərqlənib. Ardınca Patrik Andrade “Araz”a qələbə qazandıran qolu vurub – 2:1.













