“Araz-Naxçıvan”dan əzmkar qələbə

“Araz-Naxçıvan”dan əzmkar qələbə

Azərbaycan Premyer Liqasında “Zəfər turu” davam edir. İkinci oyun gününə Sumqayıtda start verilib.

“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edib. Görüş qarşılıqlı hücumlarla keçib. Hesab ilk yarıda açılıb. Araz Abdullayev fərqlənib.

İkinci hissədə meydan sahibləri üstünlüyü ələ alıb. Hamidu Keyta hesabı bərabərləşdirib. Matçın sonlarında isə Felipe Santos komandasına qələbə qazandırıb. O, penaltidən dəqiq olub – 2:1.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 09.11.2025

Növbəti yazı

Zirədə hesab açılmadı