“Araz-Naxçıvan”da yeni müqavilələr

“Araz-Naxçıvan”da yeni müqavilələr

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb. 

Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də Naxçıvan təmsilçisinin heyətində keçirəcək. 

Hər iki futbolçu ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.

ETOPAZ

Əvvəlki yazı

Koke qərarını verdi

Növbəti yazı

Qyökereş “Atletiko” yolunda