“Araz-Naxçıvan”da yeni müqavilə

“Araz-Naxçıvan”da yeni müqavilə

“Araz-Naxçıvan” futbolçusu Vanderson Melonu ilə müqaviləni yeniləyib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

2023-cü ilin iyul ayından Naxçıvan təmsilçisinin fomasını geyinən 30 yaşlı barziliyalı yarımmüdafiəçi ilə yenidən 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Araz-Naxıvan” bunadək Elmar Baxşıyev (baş məşqçi), Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqaviləni uzadıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 08.06.2025

Növbəti yazı

Gülər PSJ-nin hədəfində