“Araz-Naxçıvan”da yeni müqavilə
Ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə imzalanıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi 2025-2026-cı illər mövsümünü də “qırmızı-ağlar”ın heyətində keçirəcək.
“Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla da yeni müqavilə imzalanıb.