“Araz-Naxçıvan”da köməkçilər bəlli oldu

“Araz-Naxçıvan”da köməkçilər bəlli oldu

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib. Baş məşqçinin fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq.

UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu “Dinamo”(Tbilisi) olub.

İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi”də (Yunanıstan) də işləyib.

Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

ETOPAZ

Əvvəlki yazı

“İnter Mayami”də növbəti argentinalı

Növbəti yazı

Günün kuponu – 06.01.2026