“Araz-Naxçıvan”da iki yeni müqavilə

“Araz-Naxçıvan”da iki yeni müqavilə

“Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Ötən mövsüm də komandanın heyətində yer alan Elçin Mustafayev və Turan Vəlizadə daha 1 il müddətinə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”ın baş məşqçisi bəlli oldu

Növbəti yazı

Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib