“Araz-Naxçıvan”da iki müqavilə

“Araz-Naxçıvan”da iki müqavilə

“Araz-Naxçıvan” daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Ürfan Abbasov və Ülvü İsgəndərov 2025-2026-cı illər mövsümünün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan kubokunda finalın hakimləri

Növbəti yazı

Alleqri yenidən “Milan”da