”Araz-Naxçıvan”da ayrılıq

”Araz-Naxçıvan”da ayrılıq

“Araz-Naxçıvan” Qara Qarayevlə yollarını ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan rəhbərlik ona xidmətlərinə görə təşəkkür edib, mövsümün sonuna qədər nəzərdə tutulmuş müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.

ETOPAZ

Əvvəlki yazı

Bir qrup idmançı və idman mütəxəssisi təltif edildi

Növbəti yazı

“Turan Tovuz”un qış planı bəlli oldu