“Araz-Naxçıvan”da ayrılıq
“Araz-Naxçıvan” bir futbolçusu ilə vidalaşıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Premyer Liqanın bürünc medalçısı Vadim Abdullayevlə yollarını ayırıb.
31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Abdullayev 2022-ci ildən “Araz-Naxçıvan”da oynayırdı.