“Araz-Naxçıvan” və “Sabah”dan qələbə

“Araz-Naxçıvan” və “Sabah”dan qələbə

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. Bu gün ilk oyunlar keçirilib.

”Araz-Naxçıvan” “Qarabağ”la qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Felipe Santosun penaltidən vurduğu top meydan sahiblərinə qələbə qazandırıb – 1:0.

“Sabah” isə “Neftçi”nin qonağı olub. Matç sürətli başlayıb. Azər Salahlı avtoqol müəllifi olub. Çox keçmədən Yuri Matias penaltini dəqiq yerinə yetirib. İkinci yarıda Pavol Safrankonun vurduğu qolla “Sabah” qələbə qazanıb.

Qeyd edək ki, cavab matçları aprelin 23-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Dembeledən üstünlük

Növbəti yazı

Ançelotti həbs oluna bilər