“Araz-Naxçıvan” “Şəfa” ilə qarşılaşacaq
Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama oyunu keçirəcək. Komanda I Liqanın hazırki lideri “Şəfa” ilə üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Görüş oktyabrın 10-da, BOS-nın ehtiyat meydanında keçiriləcək və saat 15:00-da start götürəcək.












