“Araz-Naxçıvan” səfərdə xal itirdi
Azərbaycan Premyer Liqasında XXX turun son oyun gününə start verilib. Günün ilk matçında “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu heç-heçədən sonra “Araz-Naxçıvan” 52 xalla 3-cü, “Kəpəz” 28 xalla 9-cu yerdə qərarlaşıb
Qeyd edək ki, tura “Neftçi” – “Zirə” oyunu ilə yekun vurulacaq.