“Araz-Naxçıvan” – “Səbail” matçına azarkeşlər buraxılmayacaq
“Araz-Naxçıvan”la “Səbail” arasında keçiriləcək yoxlama oyununun vaxtı dəqiqləşib. Yanvarın 11-də baş tutacaq matç saat 15:00-da başlayacaq.
Qarşılaşma “Azərsun Arena”da keçiriləcək. Oyun media nümayəndələri və azarkeşlər üçün qapalı olacaq.
Qeyd edək ki, bu “Araz-Naxçıvan”ın 2025-ci ildəki ikinci yoxlama oyunudur. Elmar Baxşıyevin yetirmələri ayın 9-da “Sumqayıt”la heç-heçə edib – 2:2.