“Araz-Naxçıvan” “Qarabağ”a qalib gəldi

“Araz-Naxçıvan” “Qarabağ”a qalib gəldi

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Turun son günündə bir matç baş tutub.

Son çempion “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olub. Görüşün taleyi ikinci hissədə həll olunub.

Penaltidən fərqlənən Orxan Əliyev Naxçıvan təmsilçisini önə çıxarıb. Son dəqiqələrdə isə Elvis Maşike fərqi iki topa çatdırıb – 2:0. “Qarabağ” bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Olavio Juninyo fərqlənib. Lakin 1:2 hesabı ilə uduzan çempion bununla da liderliyə yüksəlmək şansını əldən verib. “Araz-Naxçıvan” isə liderlərlə xal fərqini azaldıb.

Qeyd edək ki, XII turun oyunları noyabrın 3-5-də keçiriləcək.

e-Topaz

Əvvəlki yazı

Sürpriz kupon – 31.10.2023

Növbəti yazı

Bellingem ən yaxşı seçildi