“Araz-Naxçıvan” növbəti mərhələdə

“Araz-Naxçıvan” növbəti mərhələdə

Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir. Bu gün daha bir matç baş tutub.

“Araz-Naxçıvan” “Mingəçevir”i qəbul edib. Görüş Premyer Liqa təmsilçisinin üstünlüyü ilə keçib. Meydan sahibləri Ülvi İsgəndərovla hesabı açıb. Ardından Bernardo Diaş fərqi iki topa çatdırıb. Matçın sonlarında Sezar Meza Kolli adını tabloya yazdırıb. Qonaqların gücü yalnız təsəlli topuna çatıb. Elmin Bayramov fərqlənib – 1:3.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın 1/4 finaldakı rəqibi “Zirə” – “Şamaxı” cütünün qalibi olacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.12.2024

Növbəti yazı

“Sabah” penaltilərdə sevindi