“Araz-Naxçıvan” növbəti mərhələdə

“Araz-Naxçıvan” növbəti mərhələdə

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinə yekun vurulur. Daha bir təmsilçimiz cavab matçına çıxıb.

”Araz-Naxçıvan” “Aris”in qonağı olub. İlk matçda 2:1 hesablı qələbə qazanan komandamız ikin i dueldə də inamlı təsir göstərib. Öncə Çarles Boli hesabı açıb. Çox keçmədən Felipe Santos fərqi iki topa çatdırıb. Lakin ikinci hissənin startında İqor Ribeyro qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bundan sonra meydan sahibləri iki qol vurub. Yekun nəticədə isə “Araz-Naxçıvan” 4:3 hesabı ilə növbəti mərhələyə yüksəlib.

Təmsilçimizin bu raunddakı rəqibi “Omoniya” olacaq.

ETOPAZ

Əvvəlki yazı

Cəlal Hüseynovun komandasından qələbə

Növbəti yazı

“Zirə” avrokuboklarda mübarizəni dayandırdı