“Araz-Naxçıvan” “Neftçi”ni məğlub etdi

“Araz-Naxçıvan” “Neftçi”ni məğlub etdi

Azərbaycan Premyer Liqasında XX tur davam edir. Günün ilk qarşılaşması Mərdəkanda keçirilib.

“Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. İlk yarıda Vanderson Melo fərqlənib.

Muxtar respublika təmsilçisi yarıda da qol vurmağı bacarıb. Ramon Maçado sabiq komandasını məyus edib. “Neftçi”nin gücü isə yalnız təsəlli qoluna çatıb. Filip Ozobiç fərqi minimuma endirib – 1:2.

Qeyd edək ki, tura “Qarabağ” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Salah Anrini geridə qoydu

Növbəti yazı

“Barselona” Pedrini itirdi