“Araz-Naxçıvan” liderliyə yüksəldi

“Araz-Naxçıvan” liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında VIII tura start verilib. İlk oyun günündə 1 qarşılaşma baş tutub.

“Araz-Naxçıvan” “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib. Matçda hesabı qonaqlar açıb. Qorka Larruça fərqlənib.

Çox keçmədən Muxtar Respublika təmsilçisi hesabı bərabərləşdirib. Bəxtiyar Həsənalızadə fərqlənib. Ardınca Felipe Santos adını tabloya yazdırıb. Matçın sonlarında Bernardo Diaş da qol vurmağı bacarıb. Qonaqların isə yalnız fərqi minimuma endirməyə gücü çatıb. Larruça dubl müəllifi olub – 2:3.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”da yeni qapıçı

Növbəti yazı

“Real”dan “Liverpul”a rədd cavabı