“Araz-Naxçıvan” cərimələndi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının III turundan təxirə salınan 6 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında III turun “Zirə” – “Araz-Naxçıvan” oyunu müzakirə olunub.
Bu qarşılaşmada qonaqların 6 futbolçusu sarı vərəqə alıb. Buna görə “Araz-Naxçıvan” 700 manat cərimə edilib.