Arauxonu gözləyən əməliyyat
Uruqvay millisinin və “Barselona”nın futbolçusu Ronald Arauxo əməliyyat oluna bilər. Müdafiəçi yığmasının İranla yoldaşlıq oyununda zədələnib.
Arauxo sağ ayağından xəsarət alıb. Uruqvaylı əməliyyat olunsa, Qətərdəki DÇ-2022-ni buraxmaq təhlükəsi ilə üzləşəcək.
Müalicənin adi qaydada aparılmasının effektliliyi isə qeyri-müəyyəndir. Futbolçu və nümayəndələri əməliyyatla bağlı yaxın günlərdə qərar verməlidir.