Arauxo “Yuventus” yolunda

Arauxo “Yuventus” yolunda

“Barselona”nın futbolçusu Ronald Arauxo “Yuventus”a keçə bilər. 25 yaşlı uruqvaylı müdafiəçi bu ay İtaliya klubuna keçməyə razılıq verib.

Onun icarə əsasında Turin təmsilçisinə keçəcəyi gözlənilir. Arauxonun İspaniya pasportu olduğu üçün “Yuventus” legioner limiti ilə bağlı çətinlik yaşamayacaq.

Qeyd edək ki, Ronald mövsümün ilk yarısını zədə üzündən buraxıb. O, mövsümdə ilk dəfə “Barbastro”ya (4:0) qarşı kubok görüşündə meydana çıxıb və assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Lopeteqi İngiltərəni tərk edir

Növbəti yazı

Antoni “Olimpiakos”un hədəfində