Arauxo İspaniya vətəndaşlığı aldı
“Barselona”nın müdafiəçisi Ronald Arauxo artıq legioner sayılmayacaq. O, İspaniya vətəndaşlığı alıb.
Uruqvay millisinin futbolçusu 2022-ci ilin dekabrında vətəndaşlıq üçün qeydiyyatdan keçib. Artıq Arauxo şəxsiyyəti təsdiq edən sənədini əldə edib.