Aqueronun heykəlinin açılışı oldu

Aqueronun heykəlinin açılışı oldu

“Mançester Siti” əfsanəvi futbolçusu Serxio Aqueroya heykəl ucaldıb. Argentinalının heykəli “Etihad” stadionunun yaxınlığına qoyulub.

“Şəhərlilər”in İngiltərə Premyer Liqasında ilk titulunu və 44 ildən sonra ilk İngiltərə çempionluğunu qazandığı günə həsr edilən heykəlin açılışı olub. Komanda 2012-ci il mayın 13-də məhz Aqueronun 90+3-cü dəqiqədə “Kuinz Park Reyncers”ə vurduğu qol sayəsində çempionluğu bayram edib.

Aquero 2011-2021-ci illərdə formasını geyindiyi “Mançester Siti” tarixinin bombardiridir (260 qol).

ETOPAZ

Əvvəlki yazı

Vinisiusdan ilk

Növbəti yazı

39 ilin rekordu