Anxelin durumuna aydınlıq gəlib
“Yuventus”un yarımmüdafiəçisi Di Mariyanın vəziyyəti açıqlanıb. 34 yaşlı hücumameyilli oyunçunun qayıtma vaxtı bildirilib.
“Qoca sinyora” rəsmi xəbər saytı vasitəsilə futbolçuya sağ bud nahiyəsindən yüngül zədə diaqnozu qoyulduğunu açıqlayıb. Həkimlər Anxelin təxminən 3 həftədən sonra oynamağa tam hazır olacağını söyləyib.
Bu deməkdir ki, məşhur futbolçu noyabrın 20-də başlayacaq dünya çempionatına gedə biləcək. Qeyd edək ki, Anxel Di Mariya Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Hayfa “Makkabi”si (0:2) ilə matçda zədələnib.