Antonio Konte: “Bu, “Qarabağ”ın gücündən xəbər verir”

Antonio Konte: “Bu, “Qarabağ”ın gücündən xəbər verir”

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçını keçirəcək. Təmsilçimiz “Napoli” ilə qarşılaşacaq.

Oyundan öncə İtaliya təmsilçisinin baş məşqçisi Antonio Kontenin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Qarabağ”la görüş tam fərqli olacaq. “Qarabağ” turnirin ən maraqlı və gözlənilməz komandalarından biridir. Onlar “Benfika” və “Çelsi” kimi klublarla matçlarda xal qazanıblar. Bu, rəqibin gücündən xəbər verir. Komandada bir-birinə yaxşı uyğunlaşmış, keyfiyyətli legionerlər və taktiki baxımdan nizamlı futbolçular var. Belə komandaya qarşı oynamaq bizdən böyük enerji, maksimum diqqət və intizam tələb edir.

“Atalanta”ya qalib gəlmək bizə həm fiziki, həm də psixoloji baxımdan müsbət təsir etdi. Amma artıq bu oyun keçmişdə qalıb. “Qarabağ”la görüş tam fərqli olacaq. Biz bu matça ciddi yanaşırıq. Yaxşı bilirik ki, UEFA Çempionlar Liqasında asan oyun olmur”.

ETOPAZ

Əvvəlki yazı

Alessandro Buoncorno: “Qarabağ” keyfiyyətli komandadır”

Növbəti yazı

“Neftçi” Samir Abasovla yollarını ayırdı