Antoni “Benfika”nın hədəfində

Antoni “Benfika”nın hədəfində

“Mançester Yunayted”in futbolçusu Antoni karyerasını Portuqaliyada davam etdirə bilər.  25 yaşlı futbolçu ilə “Benfika” yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddialara görə, komanda braziliyalını mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Lakin “Yunayted” 25 yaşlı vingeri satmağı planlaşdırır. “Qırmızı şeytanlar” futbolçunu istəyən klublardan 40 milyon avro tələb edir.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında “Real Betis”də çıxış etmişdi.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”ın futbolçusu “İmişli”də

Növbəti yazı

“Aston Villa”da yeni müqavilə