Antoni “Atletiko”nun maraq dairəsində
“Atletiko” heyətini gücləndirmək niyyətindədir. Klub icarə əsasında “Betis”də çıxış edən braziliyalı vinger Antoni ilə maraqlanır.
“Matroslar” “Mançester Yunayted”in futbolçusunu transfer etmək istəyir. “Qırmızı şeytanlar” Antoninin satışından 48 milyon avro qazanmaq arzusundadır.
İspaniya çempionatının cari mövsümündə 25 yaşlı yarımmüdafiəçi 8 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.