Antoni “Atletiko”nun hədəfində
İcarə əsasında “Real Betis”də uğurlu performans nümayiş etdirən Antoni İspaniyada qala bilər. “Atletiko” vingeri transfer etmək istəyir.
Madrid təmsilçisi yayda Antoninin müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”lə danışıqlara başlamağa hazırlaşır.
Komanda 26 yaşlı oyunçu üçün “qırmızı şeytanlar”a 65 milyon avro ödəməyə hazırdır.