Antalyada ilk qələbə

Antalyada ilk qələbə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası birinci yoxlama görüşünü keçirib. U-21 yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

“Cornelia” Futbol Mərkəzində təşkil olunan matç millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 18-ci dəqiqədə Oruc Məmmədov və 25-ci dəqiqədə Sadiq Şəfiyev vurublar.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində martın 25-də Şimali Makedoniya yığması ilə yoxlama görüşü keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

”Ştutqart”dan baş məşqçi qərarı

Növbəti yazı

40 oyunda 39 qol