Ansu Fati “Bavariya” ilə oyunu da buraxacaq

Ansu Fati “Bavariya” ilə oyunu da buraxacaq

“Barselona”nın futbolçusu Ansu Fati Çempionlar Liqasının “Bavariya” ilə görüşünü buraxacaq. Vingerin qrup mərhələsinin son turunda iştirakına onun zədədən sonrakı bərpa prosesinin yubanması mane olur. Belə ki, sol ayağındakı zədədən sonra Ansu hələ tam hazır deyil.

La Liqanın XIII turunun “Selta” ilə matçında (3:3) xəsarət alan futbolçu noyabrın 6-dan sonra komanda məşqlərinə qatıla bilmir. Bu üzdən Fati dekabrın 8-dəki görüşü də buraxacaq. Onun yalnız iki həftə sonra “Elçe” ilə ev matçında meydana qayıdışı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“Leypsiq” baş məşqçisi ilə vidalaşdı

Növbəti yazı

50-ci qələbə