Anriyə millidən dəvət
Fransa millisinin sabiq futbolçusu Tyerri Anri yığmada çalışa bilər. Federasiya rəhbərliyi onu qadınlardan ibarət millini çalışdırmasını istəyir.
2017-ci ildən bu komandanın baş məşqçisi olan Korin Dikon istefaya göndərilib. Anriyə onun yerinə keçmək təklif olunacaq.
Anrinin son iş yeri Belçika yığmasında köməkçi məşqçi vəzifəsi idi. O, DÇ-2022-də Roberto Martinesin komandasında yer almışdı.