“Ankaragücü”ndə yeni baş məşqçi

“Ankaragücü”ndə yeni baş məşqçi

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. “Ankaragücü”nə Kamal Özdeş rəhbərlik edəcək.

Təcrübəli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Dekabrın 30-da təqdimetmə mərasimi təşkil olunacaq. Özdeş baş məşqçi vəzifəsində Kenan Koçakı əvəzləyib.

Qeyd edək ki, “Ankaragücü” Türkiyə 1-ci Liqasında 23 xalla 8-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın stadionunun adı dəyişdirilir

Növbəti yazı

Vinisiusa növbəti mükafat