Andresku korta qayıtdı
2019-cu ildə keçirilən “US Open”in qalibi Byanka Andresku korta qayıdıb. O, Ştutqartdakı turnirin birinci mərhələsində Yule Nimayerlə qarşılaşıb. Andresku 7:6, 6:3 hesabı ilə məğlub edib.
O, sonuncu dəfə ötən ilin oktyabrında meydana çıxmışdı. Byanka psixoloji problemlər üzündən cari mövsümün startını buraxıb.
Kanadalı son bir ildə ümumilikdə 18 oyun keçirib. O, bunların yarısında uduzub.