Andre Silva “Verder”də
Portuqaliya millisinin futbolçusu Andre Silvanın yeni klubu bəlli olub. 29 yaşlı hücumçu “Verder”in formasını geyinəcək.
“Leypsiq” onu Bremen klubuna icarəyə verib. Andre mövsümün sonunadək “Verder”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, portuqaliyalı forvard cari mövsümdə Bundesliqada 8 oyunda 1 qol və 1 assistə imza atıb.