Ançelottiyə əvəzləyici
“Brayton”un baş məşqçisi Roberto de Zerbi postunu tərk edə bilər. O, “Real”ın çalışdırıcısı Karlo Ançelottinin yerinə namizədlər sırasındadır.
Mütəxəssis Madrid klubunun baş məşqçi postu üçün prioritet variantdır. Ançelottinin “Real”la müqaviləsi 2024-cü ilin yayında başa çatır, bundan sonra o, Braziliya millisinə rəhbərlik edəcək.