Ançelottinin taleyinə aydınlıq gəldi
Braziliya Futbol Konfederasiyası baş məşqçi Karlo Ançelotti ilə müqaviləni 2026-cı il dünya çempionatına qədər uzatmağı planlaşdırır.
İtaliyalı çalışdırıcı da milli ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Rəsmi danışıqlar hələ başlamayıb, lakin tərəflər yaxın aylarda yeni sazişin şərtlərini müzakirə etmək niyyətindədirlər.
Ançelotti 2025-ci ilin mayından etibarən Braziliya millisinə başçılıq edir. Onun rəhbərliyi altında komanda beş oyun keçirib, üç qələbə qazanıb, bir heç-heçə edib, birində isə uduzub.












