Ançelottinin favoriti

Ançelottinin favoriti

“Real”ın baş məşqçisi Karlo Ançelotti DÇ-2022-nin 1/4 final mərhələsi ərəfəsində öz favoritini açıqlayıb. İtaliyalı mütəxəssis çempionluğa ən real namizədi müəyyənləşdirib.

Ançelotti Braziliyanı digər 7 komandadan üstün hesab edir: “Braziliya ən mükəmməl komandadır. Onlarda keyfiyyət, gümrahlıq, təcrübə var. Bütün bunlar dünya çempionatında vacibdir. Mənim üçün İngiltərə və Fransanın görüşünə baxmaq çox maraqlıdır. İngiltərənin özəlliyi mentalitetidir”.

Qeyd edək ki, 1/4 finalda Braziliya Xorvatiya ilə qarşılaşacaq. Digər cütlərdə Niderland Argentina, Fransa İngiltərə, Portuqaliya Mərakeşlə üz-üzə gələcək.
 

ETOPAZ

Əvvəlki yazı

“Valensiya”nın futbolçusu top klubların hədəfində

Növbəti yazı

İspaniya millisinin yeni baş məşqçisi bəlli oldu